Əziz oxucular!

Bakı Dövlət Universitetinin Elektron Kitabxanasının rəsmi saytına xoş gəlmisiniz! Rəsmi sayt vasitəsilə sutkanın 24 saatı müddətində dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda informasiya xidməti göstıriləcək, Azərbaycançılıq ideologiyasının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə virtual sərgilər təqdim ediləcək. Virtual sərgilər Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında həqiqətlərin dünyaya çatdırılmasına, Ermənilərin absurd "dənizdən-dənizə" arzularından qaynaqlanan, tarixin saxtalaşdırılmasına, Azərbaycan və digər Qafqazxalqlarının mədəni sərvətlərinin mənimsədilməsinə, əsasız topaq iddiasına əsaslanan məkrli siyasətinin ifşasına, xüsusilə Dağlıq Qarabağ və qondarma erməni soyqırımı haqqında yalanlarının təkzib edilməsinə, erməni vandalizmini və vəhşiliklərini mütərəqqi ictimaiyyətə catdırılmasına xidmət edəcəkdir.
Elektron kitabxananın informasiya ehtiyatları ilə komplektləşməsi əsasən oxucu sorğusu əsasında həyata keçiriləcək. Buna görə də oxuculardan xahiş olunur ki, ödənilməyən informasiya tələbatları haqda məlumat versinlər.

Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Elanlar

15.02.2022
BDU alimləri üçün “DataTurkey” məlumat bazasından ödənişsiz istifadə imkanı

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucularına 2022-ci il fevralın 15-dən etibarən bir ay sınaq müddətinə “DataTurkey” məlumat bazasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Türkiyənin bir çox dövlət və özəl qurumu tərəfindən hazırlanan iqtisadi, sosial və regional məlumatları özündə birləşdirən “DataTurkey” məlumat bazası BDU oxucuları üçün martın 15-dək açıq olacaq.

Müntəzəm olaraq yenilənən “DataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların məlumat mənbələrini tək platformada rahatlıqla idarə etmək, statistik və dinamik hesabatlar hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür.

Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə və ya Elmi Kitabxananın https://elibrary.bsu.edu.az səhifəsində “Tam mətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.

İstifadə qaydaları ilə tanış olmaq üçün video linkdən - https://www.youtube.com/watch?v=5535y9TTY8o istifadə etmək olar.

“DataTurkey”in elektron ünvanı: https://dataturkey.com.tr

Qeyd edək ki, BDU-nun Elmi Kitabxanası “DataTurkey” məlumat bazasının resurslarından digər ali məktəb kitabxanaları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində bir ay müddətinə ödənişsiz istifadə imkanını yaradıb.

31.01.2022
BDU-nun Elmi Kitabxanası elan edir

Mikro Məlumatların İdarə Edilməsi və Paylanması (Micro Information Handling and Distribution FZE) şirkəti BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçıları və Elmi Kitabxananın oxucularına 01.02.2022-ci il tarixindən etibarən bir ay sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Dünyanın 160 ölkəsindən 500.000-dən çox üzvü olan IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük peşəkar təşkilatı, IEEE Xplore Rəqəmsal Kitabxanası isə dünyanın ən böyük texniki rəqəmsal kitabxanasıdır. Sınaq müddətində istifadəçilər kitabxananın bütün funksiyalarından istifadə edə biləcək və 5 milyondan çox tammətnli sənədlərdən, 195 IEEE jurnalı, dövri nəşrlər və əsərlərin toplularından, 1800-dən çox IEEE konfrans materiallarından, 4600-dən çox təsdiqlənmiş və nəşr edilmiş IEEE standartları və s. resurslardan yararlanacaqlar.  

Sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarına https://ieeexplore.ieee.org linki vasitəsilə və ya https://elibrary.bsu.edu.az səhifəsində tammətnli məlumat bazaları rubrikasından daxil olmaq mümkündür.

IEEE yüksək istinad göstəricilərinə malik nəşrlərin dərci, konfransların təşkili, texnologiya standartlarının hazırlanması, peşə və təhsil fəaliyyətləri ilə məşğul olan çox tanınmış bir təşkilatdır.

Hörmətli tədqiqatçılar!

Sizləri 3 fevral 2022-ci il tarixində saat 15:00-da IEEE Xplore Rəqəmsal Kitabxanasından istifadə qaydaları ilə bağlı onlayn təlimə dəvət edirik. Təlim iştirakçılarına türk dilində IEEE Xplore platformasının funksionallığı və alətləri üzrə praktiki məsləhətlər veriləcək, məqalələrin hazırlanmasında ən yaxşı təcrübələr paylaşılacaq, IEEE jurnallarına jurnalın təqdim edilməsi prosesi üzrə naviqasiya ediləcək.

Onlayn təlimdə iştirak etmək üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdP4a0SZXdjR1spipSErnFHJ7qIvSmPReDlwa0U_-mEUlDQgQ/viewform?usp=pp_url linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

 

Traininglink: https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_MDljNDNhOGMtYjQ0Mi00N2Q3LWE1ZjEtNzUyYWY3YTJlMmFi%40thread.v2/0?context=%7b%22Tid%22%3a%222d856424-0844-47d2-968f-b9aa385d471a%22%2c%22Oid%22%3a%2256c1970c-caf9-45fc-9ff0-2dab38d63b1e%22%7d